Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub

0

  •         Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. Bu əməliyyat 2020-ci ilin 27 sentyabrından başlamış 17 oktyabr tarixinə kimi davam etmişdir. Azərbaycan Respublikasının Füzuli rayonu və Füzuli şəhəri uğrunda aparılan döyüş Azərbaycan Silahlı Qüvvələrinin uğuru ilə nəticələnən döyüşlərdən biri olub. Həmin gün Azərbaycan Silahlı Qüvvələrinə aid şəxsi heyət və tank bölmələrinin raket-artileriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Dağlıq Qarabağ ətrafı təmas xəttinin şimal, şimal-şərq və cənub-şərq istiqamətində Ermənistan Silahlı Qüvvələrinin xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası aşkar edilərək məhv edilmişdir. Aparılan əməliyyat zamanı Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı işğaldan azad edilmişdir. Əməliyyat nəticəsində Ermənistan ordusu xeyli canlı qüvvə və texnika itirir və Azərbaycan Ordusunun cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaratmışdır.        Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və sücaət göstərmiş 11 min 365 hərbi qulluqçu "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunub. Onlardan 3-ü general-leytenant,2-si general-mayor, 32-si polkovnikdir. Yaşasın, Azərbaycan Ordusu! Sayad Quliyeva,  Xocalı şəhər 2 saylı tam orta məktəbin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib102 dəfə
    Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub

    Maraqlı gələ bilər
    43